ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
PSJ-dən ayrılmağa hazırlaşan Canluici Donnarummanı sıralarına qatmaq istəyən klub müəyyənləşib.İngiltərə mətbuatının məlumatına görə, onunla yalnız “Mançester Siti” maraqlanır. İtaliyalı Avropa çempionunun yalnız bu kluba keçmək ehtimalı var. MS-nin baş məşqçisi Xosep Qvardiola 26 yaşlı qapıçını komandasında görmək istəyir.Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Futbolçu ilə klub arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq yoxdu. PSJ Canluicini UEFA Superkubokunun “Tottenhem”lə oyunu üçün heyətə daxil etməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.