AZ

Trampla Putin Zəngəzur dəhlizini də MÜZAKİRƏ EDƏCƏK

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Alyaskada keçiriləcək görüşündə Zəngəzur dəhlizi məsələsi gündəmə gələ bilər.

Viral.az/” target=”_blank”>Viral.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolaçki bildirib.

Onun sözlərinə görə, nəqliyyat marşrutu görüşün gündəliyinə daxil edilə bilər.

Son Yazılar:

Vodolaçki bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə gecə saat 23:00-də ABŞ və Rusiya liderləri arasında görüş keçiriləcək. Soyuq Müharibə dövründən qalan hərbi bazada baş tutacaq danışıqlar Trampın Ağ Evə qayıdışından sonra iki liderin ilk üz-üzə görüşü olacaq.

Seçilən
2
7
viral.az

8Mənbələr