AZ

Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycan Ukraynaya  ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator humanitar yardım məqsədilə göndərib. Bu barədə  Energetika Nazirliyindən məlumat verilib.

Avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.

Ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.

 Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.

Aytac

Seçilən
25
45
anews.az

10Mənbələr