Erməni arxiyepiskop Baqrat Qalstanyan və digər şəxslərlə bağlı cinayət işi üzrə məhkəmə iclası avqustun 19-da keçiriləcək.
News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məhkəmədə qətimkan tədbirləri məsələsinə baxılacağı ehtimal olunur.
Qeyd edək ki, "Müqəddəs mübarizə" hərəkatının lideri Qalstanyan iyun ayının sonunda həbs edilib. Daha sonra Ermənistan İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığı barədə məlumat yayıb.