AZ

Rusiyada barıt zavodunda partlayış olub, 3 nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.

***

13.20

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

APA xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.

Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.

Seçilən
28
34
apa.az

7Mənbələr