AZ

Xaçmazda yol nişanlama xətləri yenilənir

Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

Bakues.az xəbər verir ki, bu dəfə şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Seçilən
21
10
icma.az

10Mənbələr