AZ

ABŞ Qəzzada girovların yeri barədə məlumat əldə edib

ABŞ Qəzza zolağında qalan girovların yeri barədə məlumat alıb...

Oxu.Az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş mənbələrə istinadən "Substack" platformasındakı bloqunda yazıb.

 Herş dəqiqləşdirib ki, Vaşinqton girovların yeri barədə məlumatı İsrail kəşfiyyat orqanlarından alıb. Onların hələ vurulmamış iki tunel kompleksində olduqları güman edilir.

"Qəzzanın cənubunda, Rəfahdakı komplekslərdən birində ən azı 10 girovun saxlandığı, onların səhhətində problemlərin olduğu güman edilir. Digər oxşar kompleks Qəzza şəhərinin altındakı tunellərdə yerləşir", - jurnalist yazıb.

Poliqon.info

Seçilən
11
1
poliqon.info

3Mənbələr