AZ

Mübariz Mənsimov media sektorundanGETDİ

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov media sahəsindən tamamilə ayrıldığını bəyan edib.

Redaktor.az bu barədə ODA TV-yə istinadən xəbər verir.

O, bütün diqqətini və sərmayəsini dənizçilik sahəsinə yönəldəcəyini bildirib.

“Artıq bütün enerjimi və resurslarımı dənizçilik sektoruna ayıracağam”, – deyə Mübariz Mənsimov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Mübariz Mənsimov EKOL TV kanalını almışdı.

Seçilən
13
8
redaktor.az

9Mənbələr