AZ

Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları azalıb

2025-ci ilin yeddi ayında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

Özəlləşdirilmə ilə bağlı 26 hərrac  keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi , 500 nəqliyyat vasitəsi satılıb.

2024-cü ildə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 15,3 milyon manat (9 milyon ABŞ dolları) təşkil edib.

Aytac

Seçilən
61
18
anews.az

10Mənbələr