AZ

​​​​​​​Lənkəranda fabrikin işçisi liftdən düşərək xəsarət aldı

Lənkəranda çay fabrikində bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikində qeydə alınıb. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. B.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
27
4
unikal.az

5Mənbələr