AZ

Ağdərə sakini: Doğma yurdumuzda yenidən xoşbəxt günlərimiz başlayır

Ağdam, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Torpaqlarımız işğal olunan zaman doğma yurdumuzu, evimizi tərk edib məcburi köçkün kimi müxtəlif yerlərdə məskunlaşdıq. Ötən illər ərzində o torpaqları xatirələrdə yaşatdıq. İndi isə həsrətini çəkdiyimiz Qarabağımıza qayıdırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Kolatağ kəndinə köç edən keçmiş məcburi köçkün Tehranə Quliyeva deyib.

“Artıq həsrət də, kədər də bitir, doğma yurdumuzda yenidən xoşbəxt günlərimiz başlayır. Qarabağımızı azadlığa, bizi isə Qarabağımıza qovuşduran Ordumuza, Prezidentimizə minnətdarlığımı bildirirəm”, - deyə o bildirib.

Seçilən
24
2
azertag.az

3Mənbələr