AZ

Aylaskaya gedən rus jurnalist şoka düşdü: Başına görün nələr gəlib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünü işıqlandırmaq üçün Alyaskanın Ankoric şəhərinə gedən “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov jurnalistlərin yaşayış şəraitindən danışıb.

Publika.az xəbər verir ki, qəzet üçün yazdığı məqalədə o, mətbuat nümayəndələri üçün ayrılan məkanı xəstəxana ilə müqayisə edib.

“Jurnalistlər sanki xəstəxanaya yerləşdiriliblər. Ankoricdə onları isti qarşılanma və soyuq duş gözləyir”, - məqalədə deyilir.

Onun sözlərinə görə, jurnalistlər idman arenasının ərazisinə yerləşdirilib. Kolesnikov bildirib ki, mətbuat işçilərinə yorğan və yastıqla birlikdə yataq dəstləri də verilib. O etiraf edib ki, gördükləri ona koronavirus pandemiyası zamanındakı xəstəxananı xatırladıb. “Gördüklərimizdən o qədər şoka düşdük ki, düşündüm ki, burada süni nəfəs aparatları olan reanimasiya şöbələri haradadır”, - deyə zarafat edən jurnalist belə yaşayış şəraitinin düşərgəyə bənzədiyini qeyd edib.

Seçilən
48
publika.az

1Mənbələr