AZ

Pilot başqa aeroporta endiyini son anda anladı və sürəti artırdı

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belə bir qəribə hadisə Fransada baş verib.

Avtosfer.az xəbər verir ki, Oran-Marsel reysini həyata keçirən Əlcəzairin Air Algerie şirkətinə məxsus təyyarənin pilotları yanlış hava limanına endiklərini son anda biliblər. 

Tuluz Blanyak aeroportuna enməli olan pilotlar səhvət Tuluz Frankazal aeroportuna sorğu göndəriblər. Dispetçer xidməti Əlcəzairdən gələn təyyarənin enişinə izacə verib. Lakin pilotlar uçuş zolağına cəmi 750 metr qalmış səhvlərini başa düşüblər. 

Bundan sonra hava gəmisinin kapitanı sürəti artıraraq aeroportun üzərindən keçib və təyinat limanına yönəlib. Hadisə zamanı 10 dəqiqəlik gecikmə nəzərə alınmasa heç bir insident baş verməyib. Fakt araşdırılır.

Məlum olub ki, Frankazal aeroportu  5 ildir müntəzəm reysləri qəbul etmir. Bura yalnız yük təyyarələri və qəza enişi edən hava gəmilərini qarşılayır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
avtosfer.az

2Mənbələr