AZ

2000-ci illərin ən yaxşı ROMANTİK KOMEDİYALARI

Yazını böyüt
Yazını kiçilt

Əhvalınızı yüksəltmək, ürəyinizi isitmək, üzünüzdə təbəssüm yaratmaq üçün romantik komediyaları izləməkdən daha yaxşı seçim yoxdur. Xüsusilə 2000-ci illər kino dünyasına onlarla unudulmaz cütlüklər, kəskin yumor və ürəkdən gələn duyğular bəxş edən janrın qızıl dövrü idi.

Hafta.az olaraq bu məqalədə 2000-ci illərin ən yaxşı filmlərini toplamışıq:

"Bayramlar dəyişəndə" (2006)

Rejissoru Nensi Meyers olan bu filmdə əsas rolları Kemeron Diaz, Keyt Uinslet, Cud Lou, Cek Blek oynayıb.

Müxtəlif qitələrdən və tamamilə fərqli həyatlardan olan, lakin sevgi məsələlərində çox oxşar problemlər yaşayan iki qız təsadüfən internetdə tanış olur və Milad ərəfəsində evlərini dəyişməyə qərar verirlər. Bu fikir onların hər ikisi üçün gözlənilməz süjetə çevrilir: kədərdən və gündəlik problemlərdən ara vermək ümidi ilə personajlar nəhayət öz xoşbəxtliklərini tapırlar.

"Əsl sevgi" (2003)

Rejissor Riçard Kurtisin ərsəyə gətirdiyi bu komediyada əsas rollarda Hyu Qrant, Bill Nigi, Liam Nison, Emma Tompson çəkilib.

Bütün zamanların ən yaxşı romantik filmlərindən biridir. Filmin qəhrəmanları arasında katibəsinə aşiq olan gənc baş nazir, dostunun gözəl sevgilisi üzündən əziyyət çəkən gənc və sevgidən məyus olan tənha yazıçı var. Onların taleyi bir-birinə bağlıdır və eyni zamanda bir-birindən asılı olmayaraq inkişaf edir. Empatiya və qarşılıqlı anlaşma haqqında filmdir.

"13-dən 30-a" (2004)

Rejissoru Qari Vinik olan bu filmdə əsas rolları Cennifer Qarner, Mark Ruffalo, Cudi Qrir, Endi Serkis və sair oynayır.

1987-ci ildə yaşayan 13 yaşlı Janna daha tez böyümək istəyir. O, 30 yaşlı gözəl bir qız olmaq arzusundadır və onun arzusu gerçəkləşir. Qəhrəman 2004-cü ildə məşhur jurnalın gözəl redaktoru kimi yuxudan oyanır və uşaqlıq dostuna aşiq olur.

"Dəyişiklik vaxtı çatdı" (2003)

Rejissor Nensi Meyersin çəkdiyi bu komediyada rolları Cek Nikolson, Dayan Kito, Kianu Rivz, Frensis MakDormand oynayır.

Filmdə baş rolları əfsanəvi Cek Nikolson, Amanda Pit və Kianu Rivz canlandırıb. Yaşı 30-dan az olanlarla görüşməyə üstünlük verən yaşlı subay kişi məşuqəsinin yazıçı anası ilə tanış olur və həyatının qalan hissəsini birlikdə keçirmək istədiyi qadın olduğunu anlayır. Düzdür, filmdə daha bir rəqib var - yaraşıqlı gənc həkim, onun da Erikadan xoşu gəlir. Çimərlik səhnələri, 2000-ci illərdə dəbdə olan kaşmir sviterlər və sevgi üçbucağı - bundan yaxşı nə ola bilər?

"Sarışın və Qanun" (2001)

Rejissor Robert Luketiçin çəkdiyi bu filmdə rolları Riz Uizerspun, Lyuk Uilson, Selma Bleyr, Metyu Devis oynayır.

Kim dedi ki, cazibədar qırmızı saçlı istedadlı hüquqşünas ola bilməz? Riz Uizerspun tərəfindən parlaq şəkildə canlandırılan Ell Vudz bunun əksini asanlıqla sübut edir. Universitetin ən yaxşı tələbəsi olan sevgilisi ondan ayrılmaq qərarına gəlir. Sonra oğlan üçün həyatda ən ölümcül səhv, lakin əsas xarakter üçün ən yaxşı anlar başlayır.

"Toy təşkilatçısı" (2001)

Rejissoru Adam Şenkman olan filmdə Cennifer Lopez, Metyu Makkonaxi, Bridget Uilson, Castin Çambers, Cudi Qrir çəkilib.

2000-ci ilin klassik romanı olan filmdə toy təşkilatçısı Meri (Cennifer Lopez) təsadüfən müştərisinin kürəkəninə (Metyu MakKonaugey) aşiq olur. Amma heç kim toyu ləğv etmək istəmir.

"Gəlinlər döyüşü" (2009)

Rejissor Qari Vinnikin ərsəyə gətirdiyi bu filmdə rolları Keyt Hadzon, Enn Hetevay, Brayn Qrinberq, Kris Pratt oynayır.

Rəqibə çevrilən iki ən yaxşı dost haqqında gözəl filmdir. İyun ayında “New York Plaza”da evlənmək hər iki qızın uşaqlıqdan bəri arzusudur. Döyüşdə qalib gəlmək üçün Enn Hetevay və Keyt Hudzon əllərindən gələni edirlər: gözlənilməz hamiləlik haqqında şayiələr yayırlar və rəqibi onun gəlinlik paltarına sığışa bilməməsi üçün həddindən artıq yeməyə çalışırlar. Bəs bu toy sevdiyiniz insanı itirməyə dəyərmi?

"Saç boyası" (2007)

Rejissor Adam Şenkmanın çəkdiyi bu kmediyada baş rolları Nikki Blonski, Con Travolta, Mişel Pfayfer, Kristofer Uolken, Amanda Bayn ifa edir.

“Saç booyası” 1960-cı illərdə lentə alınan eyniadlı Brodvey musiqilinin uyğunlaşdırılmasıdır. Lisey şagirdi Treysi anasının paltaryuyan işindən çox televiziya ulduzu olmaq arzusundadır. Televiziya prodüseri Link Larkinin diqqətini çəkəndə onun arzusu tədricən gerçəkləşməyə başlayır.

"Söz vermək evlilik demək deyil" (2008)

Rejissor Ken Kuopis tərəfindən ekranlaşdırılan filmdə rollarda Ben Afflek, Cennifer Eniston, Cennifer Konnelli, Bredli Kuper, Skarlett Yohansson çəkilib.

Film Baltimorlu bir neçə gənc kişi və qadının hekayələrindən və onların münasibətlərinin müxtəlif mərhələlərində, tanışlıqdan tutmuş ən çətin mərhələyə - evlilik təklifinə qədər qarşılaşdıqları çətinliklərdən bəhs edir.

"Sevgi və xəbərdarlıq məktubu" (2003)

Rejissoru Mark Lurensin olan filmdə əsas rollarda Sandra Bullok, Hyu Qrant, Alisia Vitt, Dana İIvey, Robert Klein çəkilib.

Gənc Hyu Qrant və Sandra Bullokun maraqlı dueti. Özünə və ətrafındakılara qarşı tələbkar olan baş qəhrəman Lüsi, nüfuzlu hüquq korporasiyasında baş məsləhətçi vəzifəsini tərk etmək qərarına gəlir. Bunun səbəbi onun müdirinə “uşaq baxıcılığı” etməkdən çox yorulmasıdır - müdir onsuz bir addım ata bilməz. Köməkçisinə heyran olan milyonçu Corc Lüsini işdən çıxarmağa razılaşır, lakin bir şərtlə: Lüsi iki həftə ərzində onun yerinə başqa işçi tapmalıdır. Belə bir insanı tapmaq asan deyil və Corc sadiq köməkçisiz qalmaq istəmir.

Seçilən
5
hafta.az

1Mənbələr