AZ

Windows-un bütün versiyaları təcili olaraq yenilənməyə çağırılır

Ajans.az ZDNet-ə istinadən xəbər verir. Şirkət və müstəqil ekspertlər ümumilikdə 107 boşluq aşkarlayıb, onlardan 13-ü kritik səviyyədə qiymətləndirilib. Yeniləmələr Windows 10, Windows 11 və Windows Server istifadəçiləri üçün əlçatandır. Microsoft istifadəçiləri cihazlarını dərhal yeniləməyə çağırıb. Diqqət çəkən zəifliklərdən biri CVE-2025-53779 sıfır gün zəifliyidir. Bu, hələ qoruyucu mexanizmləri hazırlanmış olmayan təhlükəsizlik boşluğudur. Problemin Windows Kerberos autentifikasiya sistemində aşkar edildiyi bildirilir. Zəiflikdən istifadə etmək üçün isə təcavüzkarın kompüterə fiziki çıxışı olmalıdır. Yeniləməni yoxlamaq üçün istifadəçilər “Parametrlər” → “Windows Yeniləmə” bölməsinə daxil olmalı, əgər yeniləmə görünmürsə, “Yeniləmələri yoxlayın” funksiyasından istifadə edə bilərlər. Qeyd edək ki, avqustun ortalarında Microsoft-un top-menecerləri gələcək Windows əməliyyat sisteminin necə olacağını açıqlayıb. Onlar bildirib ki, bir neçə ildən sonra kompüterlər daha tez-tez səslə idarə olunacaq.

 

Seçilən
16
Ajans.az

1Mənbələr