AZ

“Puşkaş”ın sahibi karyerasını başa vurdu

“Roma”, “Tottenhem” və Argentina millisinin sabiq futbolçusu Erik Lamela karyerasını bitirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

33 yaşlı vingerin son klubu Yunanıstanın AEK (Afina) klubu olub. O, bu ölkədə keçirdiyi bir mövsümdə 31 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Lamela karyerası ərzində “Roma”, “Sevilya”, “Tottenhem” və yetirməsi olduğu “River Pleyt”də çıxış edib. O, İspaniya klubunun heyətində 2022/23 mövsümündə Avropa Liqasını qazanıb, 2021-ci ildə isə “Puşkaş” mükafatına layiq görülüb.

Ümumilikdə Lamela peşəkar səviyyədə 484 matçda oynayıb, 84 qol vurub, 76 qol ötürməsi edib və bu müddətdə cəmi iki sarı, iki qırmızı vərəqə alıb.

Seçilən
17
publika.az

1Mənbələr