AZ

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında “#YouthLead Dialogues” adlı tədbir keçirilib

Bakı.Trend:

14 avqust 2025-ci il tarixində Qoşulmama HərəkatıGənclər Təşkilatının (QHGT) mənzil qərargahında “#YouthLeadDialogues” adlı tədbir keçirilib. Bu görüş, gənclərin təşəbbüsü iləhəyata keçirilən və BMT Baş Assambleyası çərçivəsində təşkil olunan#YouthLead Festivalına hazırlıq məqsədi daşıyır. #YouthLeadFestivalı, BMT Baş Assambleyası zamanı bir həftəlik hərəkataçevriləcək və Gənclər üçün Dünya Fəaliyyət Proqramının (WPAY) 30illiyinə həsr olunmuş yüksək səviyyəli görüşlə yekunlaşacaq.Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobalirəliləyişi sürətləndirmək” olacaq.

Tədbir QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclərçempionu Leyla Həsənovanın nitqi ilə açıq elan olunub. L. Həsənovagənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüzivnəticələr əldə edilməsində əhəmiyyətini vurğulayıb. Ardınca,BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevaçıxış edib. O, gənclərin yenilikçi, yaradıcı və qətiyyətlixarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığınatoxunub. Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrəköməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub.Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarasıəməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobalsəviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.

QHGT-nin BMT-nin ölkəmizdə RezidentƏlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyiənənəvi dialoq panel müzakirəsi formatında davam edib. Tədbirdəiştirak edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisininəməkdaşları ilə yanaşı, BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisininrəhbəri Nasar Hayat uzunmüddətli ərzaq təhlükəsizliyininnəsillərarası xarakter daşıdığını vurğulayıb. BMT-nin MəskunlaşmaProqramının Azərbaycandakı Proqram rəhbəri Anna Soave öz növbəsindəgələcəyin inklüziv şəhərləri konsepsiyası və gənclərin inklüziv,təhlükəsiz, və dayanıqlı şəhər inkişafının təşviqində rolundan bəhsedib.

Müxtəlif nəsilləri bir araya gətirərək həmrəylik vəəməkdaşlığı təşviq etmək məqsədi daşıyan tədbir gənclərə sadəcədinləyici yox, fəal iştirakçı olmaq imkanı yaradıb. QHGTKatibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin RezidentƏlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğuilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”,“Arzuladığımız gələcək: gənclər üçün uyğun bir dünya” və “Dəyişimintoxumları: baş verən yeniliklər” mövzularını əhatə edib. Sessiyalarzamanı iştirakçılar gənclərin prioritetləri, onların qarşılaşdığımaneələr, gələcək üçün planları və bu istiqamətdə atıla biləcəkaddımlar barədə fikir mübadiləsi aparıb.

Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxıngənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşənMilli Bölmə təmsilçiləri də iştirak ediblər. Tədbirin sonundaiştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərinibölüşüblər. Tədbir xatirə fotosu ilə sonlanıb.

Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatı GənclərTəşkilatı 59 milli bölmə və yüzlərlə üzv ilə Qoşulmama Hərəkatınaüzv ölkələr arasında beynəlxalq dialoqu gücləndirmək, gənclərinsəsini qlobal platformalara çatdırmaq məqsədilə fəaliyyətgöstərir.

Seçilən
9
6
az.trend.az

7Mənbələr