AZ

"İkinci Yer" planetinin yaşayış üçün uyğunluğu yoxlanıldı

Avropa Kosmik Agentliyi 2017-ci ildə kəşf edildikdən dərhal sonra "ikinci Yer" adlandırılan "TRAPPIST-1d" ekzoplanetinin tədqiqatının nəticələrini dərc edib.

Bizim.Media rg.ru-ya istinadən xəbər verir ki, Ceyms Uebb Teleskopunun köməyi ilə aparılan yeni analiz bu planetin Yer atmosferinə bənzər atmosferə malik olmadığını göstərib.
 

"TRAPPIST-1" sistemi bizdən cəmi 40 işıq ili uzaqlıqda yerləşir. Nəzəri olaraq onun səthində maye su ola bilər. "TRAPPIST-1d" öz sistemində mərkəzi ulduzdan üçüncü ən uzaq planetdir.


Ulduza olan məsafə Yerlə Günəş arasındakı məsafənin cəmi 2%-ni təşkil edir. "İkinci Yer" öz ulduzu ətrafında dörd günə fırlanır.

Tədqiqatçıların fikrincə, planetin atmosfer qatı son dərəcə nazikdir və Marsın atmosferinə bənzəyir. (Oxu.Az)

Bizim.Media

Seçilən
26
3
bizim.media

4Mənbələr