AZ

SABAH qruplarına müəllimlərin işə qəbulu aparılır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 avqust, AZƏRTAC

SABAH qruplarının bakalavriat və magistratura səviyyələrində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün müraciətlər avqustun 20-si saat 23:59-dək qəbul olunacaq.

Qeydiyyat ilə bağlı sual yarandıqda aidiyyəti üzrə [email protected] və [email protected] ünvanlarına müraciət edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
6
azertag.az

7Mənbələr