Beyləqanda üçaylıq körpə qızdırmadan ölüb.
Moderator.az "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Belə ki, valideynləri hərarəti artan 13.05.2025-ci il təvəllüdlü Sultan Səlimxan oğlu Səlimzadəni xəstəxanaya apararkən azyaşlı yolda ölüb.
Faktla bağlı araşdırma başlanıb.