"Milan" sıralarına yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya nəhənginin mətbuat xidməti yayıb.
İsveçrənin U-21 millisinin üzvü Zakari Atekame heyətə cəlb edilib. "Yanq Boyz"dan transfer olunan 20 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Atekame ötən mövsüm "Yanq Boyz"un forması ilə bütün turnilərdə 43 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat