"Kəpəz"də struktur dəyişikliyi davam edir.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "sarı-göylər"in futbol akademiyasının yeni rəhbəri artıq müəyyənləşib.
Azər Məmmədov Gəncə təmsilçisinin futbol akademiyasında əsas söz sahibi olacaq. Onun təyinatı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Məmmədovun son iş yeri "Səbail" olub. O, "dənizçilər"in sabiq baş məşqçisi Şahin Diniyevin köməkçisi funksiyasını yerinə yetirib.
İdman.biz