AZ

Qədim müsəlman alimlərinin dünya elminə töhfə vermiş 13 unudulmuş nailiyyəti...-ARAŞDIRMA

“Orta əsrlərdə İslam dünyasında elmi fikrin nailiyyətləri olmasaydı, müasir Avropa sivilizasiyası heç vaxt elmin zirvəsinə çatmazdı...”
 
Bu gün elmi-texniki tərəqqinin nailiyyətlərini Avropa sivilizasiyası ilə əlaqələndirmək adi haldır. Ancaq az adam bilir ki, orta əsrlərdə İslam dünyasında elmi fikrin nailiyyətləri olmasaydı, müasir Avropa sivilizasiyası heç vaxt elmin zirvəsinə çatmazdı. Bu boşluğu bir az da doldurmağa çalışaraq müsəlman alimlərinin çoxları tərəfindən unudulmuş ən mühüm nailiyyətlərini “İslam.ru” nəşrinin araşdırmasına əsasən dəyərli Moderator.az oxucularına təqdim edirik:
 
1. “Əl-Qanun fil-Tıb” 
Görkəmli alim İbn Sinanın (980-1037) təbabətə aid əsəridir. 
 
Etiraf edilməlidir ki, şəfa elminə bu qədər güclü təsir göstərmiş qədim dövrlərin bir alimi və şəfaçısı yoxdur. 500 il sonra onun əsərləri Leonardo da Vinçi və digər elm korifeyləri tərəfindən öyrənilmiş və onlara istinad edilmişdir. "Əl-Qanun fil Tib" 1909-cu ilə qədər Brüssel Universitetində istifadə edilib.
 
2. “Ət-Təsfir Liman Ajizə Anit-Talif”. 
 
Cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, stomatologiya, qidalanma və s. sahələrə həsr olunmuş digər görkəmli əsərdir. Müəllifi Əbul-Qasim Xələf ibn Abbas əz-Zəhravi, yaxud Əlbukasisdir (936-1013). O, katqutdan (qoyun bağırsaqlarından) tikişləri gündəlik praktikaya tətbiq edən ilk cərrah olub. Onun ixtiraları arasında bir sıra mürəkkəb cərrahi alətlər, o cümlədən skalpellər, şprislər, forsepslər və cərrahi iynələr var.
 
3. “Təzkirə”. 
Əli ibn İsanın (XI əsr) yazdığı, 130 göz xəstəliyinin təsvirini ehtiva edən kitabdır. Bu əsər təxminən 19-cu əsrin ortalarına qədər əsrlər boyu oftalmologiya üzrə ən nüfuzlu nəşr olaraq qalıb…
 
4. “Kitabul-Malikiya” 
Onkoloji əməliyyatlar aparmış Əli ibn Abbasın (ö. 994) tibb ensiklopediyasıdır. Onun kitabı bu gün də aktuallığını itirməyib.
 
5. “Tibbdə farmakoqnoziya”. 
 
Müsəlman dünyasının digər görkəmli alimi əl-Biruninin (973-1048) tibbi preparatlar haqqında kitabıdır. Bu, çağdaş dövrdə də böyük əhəmiyyət kəsb edən nəhəng bir işdir. Bu kitabda o, 880-ə yaxın bitki, onların ayrı-ayrı hissələri və ifraz olunan məhsulları ətraflı təsvir etmiş, onların dəqiq xüsusiyyətlərini göstərmiş, terminologiyanı təşkil etmişdir.
 
Əl-Biruni 4500-ə yaxın ərəb, yunan, suriya, hind, fars, xorəzm, soqd, türk və başqa dillərdə bitki adlarını toplayıb izah etmişdir; bu sinonimlər farmakoqnoziya tarixinə dair müasir tədqiqatlar üçün vacibdir.
 
6. "Əl-kitab əl-muxtasar fi hisab əl-cəbr və-l-müqəbələ" ("Tamamlama və təzad haqqında qısa kitab")
Görkəmli riyaziyyatçı, astronom, coğrafiyaşünas və tarixçi əl-Xarəzminin (780-850) riyazi traktatıdır. Cəbr termini bu traktatın adından gəlir. Bu iş arifmetik və klassik cəbrin, tənliklərin həlli elminin inkişafında mühüm mərhələdir. Əl-Xarəzmi xətti və kvadrat tənliklərin həllinin ümumi üsullarının müstəqil elmi kimi cəbri ilk dəfə təqdim etmiş və bu tənliklərin təsnifatını vermişdir.
 
7.  Əl-Xarəzminin müəllifi olduğu “Hind sayma kitabı” ərəb rəqəmlərinin və ədədlərin onluq mövqe sisteminin populyarlaşmasına öz töhfəsini verdi.
 
8. “Kitab Surət əl-Ərd” (Yerin şəkli kitabı). 
 
Riyazi coğrafiyaya aid ilk əsərdir ki, bu elmin inkişafına güclü təsir göstərmişdir. Bu, coğrafiyada enlik və uzunluq anlayışlarını müəyyən etdi. Onu da əl-Xarəzmi yazmışdır.
 
9. Sabeyn Zij. 
Görkəmli astronom və riyaziyyatçı əl-Bəttaninin (858-929) əsəridir. Bu əsər 1116-cı ildə Tivoli Platon tərəfindən latın dilinə tərcümə edilmişdir. Georg Purbax, Regiomontanus və Nikolay Kopernikə qədər Avropa astronomiyasına böyük təsir göstərmişdir. Əl-Bəttani günəş ilini də hesablamağı bacarıb və onun məlumatları müasir məlumatlarla demək olar ki, tamamilə üst-üstə düşür (cəmi 24 saniyə səhvlə). Qeyd edək ki, bu müsəlman alimin triqonometrik cədvəli bu gün də istifadə olunur.
 
10. Əl-Fərqani (850-895) tərəfindən yazılmış "Kitab əl-hərəkət əs-səməviyyə və cəmavi 'ilm əl-nucum" ("Səma hərəkətləri və ulduzlar haqqında elm" kitabı) 
 
Latın dilinə tərcümə edilmiş və 700 il ərzində Qərb astronomiyasının inkişafına böyük təsir göstərmişdir. O, yerin formasının kürə olduğunu elmi şəkildə sübut edib, günəşdə ləkələrin olduğunu da müəyyən edib.
 
11. “Optika kitabı”. 
 
Avropada Əlhazen (əl-Xəzin) adı ilə tanınan riyaziyyatçı, mexanik, fizik və astronom İbn əl-Heysəmin (965-1039) optika üzrə fundamental əsəridir. Bu kitab bütün dünyada optikanın inkişafına böyük təsir göstərmişdir. Müsəlman alimi gözün quruluşunu təsvir etmiş və durbin görmə haqqında düzgün fikir vermişdir. O, işıq sürətinin sonucu olduğunu ehtimal edib və qaranlıq kamera (müasir kameraların sələfi) ilə təcrübələr, işığın sınması üzrə təcrübələr və müxtəlif növ güzgülərlə təcrübələr aparıb. Sferik güzgülərdə işığın əks olunması mexanizmi onun adını daşıyır - “əl-Xəzin problemi”…
 
12. “Kitabul-Xiyal” (“Arzular kitabı”) –kibernetikanın əsasını qoyan kitab. 
 
Onun müəllifi Əbu'l-İzz İsmayıl əl-Cəzari (ö. 1206) buğumlu silindri ixtira etdi, klapan nasosları, su qaldıran maşınlar, su saatları, musiqili avtomat maşınları və s. layihələndirdi. Əl-Cəzari texnoloji yeniliklərlə tanınır: taxta laminasiya, kombinə edilmiş qıfıllar, istənilən enliklər üçün universal günəş kompaslı hibrid kompas  və s.
 
13. Cabir ibn Həyyan (721-815) 
 
Kimya elminin banisi hesab olunur. O bir çox turşuları təsvir edib və kimyada eksperimental tədqiqat metodunun erkən versiyasını inkişaf etdirib. Atomun içində gizlənən nəhəng enerji və onun parçalanma ehtimalını ilk dəfə o, ifadə edib.
 
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
55
34
moderator.az

10Mənbələr