Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Amazon" şirkətinin rəhbəri Ceff Bezosun anası Jaklin Bezos vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə xəbəri Bezos ailəsinin fondu yayıb.
78 yaşlı Jaklin Mayamidəki evində dünyasını dəyişib. Ölüm səbəbi dəqiqləşdirilməsə də, 2020-ci ildə ona demensiya diaqnozu qoyulduğu məlumdur.
Jeff Bezos sosial şəbəkədə kədərli bir yazı dərc edərək, 1995-ci ildə "Amazon" işə yeni başlayanda məhz valideynlərinin şirkətə 250 min dollar sərmayə qoyduğunu xatırladıb.
Jaklin 17 yaşında Ceffi birinci əri Ted Yorgensendən dünyaya gətirib, lakin qısa müddət sonra boşanıb. O, ömrünün son dəqiqələrini övladlarının, nəvələrinin və ərinin əhatəsində keçirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.