AZ

Prezident İlham Əliyev: Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur

Bakı. Trend:

Prezident İlham Əliyev Konqo Respublikasının müstəqilliyinin65-ci ildönümü münasibətilə bu ölkənin dövlət başçısı DeniSassu-Nqessoya təbrik məktubu göndərib.

Trend xəbər verir ki,dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Azərbaycan iləKonqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi vəyeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən ilölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətlitəkan vermişdir.

Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluqmünasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdəqarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçünəlverişli zəmin və imkanlar yaratmışdır.

Əminəm ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi,ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsiistiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə Prezident DeniSassu-Nqessoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar,Konqo xalqına isə daim əmin-amanlıq və rifah diləyib.

Seçilən
15
49
az.trend.az

10Mənbələr