AZ

Lavrov: Rusiyanın arqumentləri və aydın mövqeyi mövcuddur

Moskva Alyaskada keçiriləcək Rusiya-Amerika danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-24” telekanalına şərhində bildirib.

Nazir vurğulayıb ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı bu məqsədlə artıq çox işlər görülüb.

"Biz əvvəlcədən heç nə planlaşdırmırıq. Bilirik ki, arqumentlərimiz, aydın və anlaşılan mövqeyimiz mövcuddur. Stiven Uitkoffun səfərləri zamanı burada çox işlər görülüb. Prezident artıq bu barədə danışıb. Uitkoff Prezident Donald Trampın adından danışıb. Ümid edirik ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - nazir vurğulayıb.
Seçilən
25
7
7news.az

10Mənbələr