AZ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay gəzintiləri təşkil edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayan uşaqlar üçün yay gəzintiləri təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində uşaqlar Xəzər dənizinin sahilində müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak etməklə yanaşı, dənizdə çimmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər.

Agentliyin Psixonevroloji sosial xidmət müəssisəsinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsinin, 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, eləcə də Məişət zorakılığından zərər çəkmiş şəxslərin Sosial Reabilitasiyası şöbəsinin benefisiarlarının cəlb olunduğu tədbirlərin məqsədi uşaqların yay tətilinin səmərəli və əyləncəli keçirilməsidir. Həmin tədbirlər sosial xidmət göstərilən uşaqların sosial bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək baxımından da xüsusi əhəmiyyətə malikdir.

Gəzintilər çərçivəsində uşaqlar üçün Dənizkənarı bulvar, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Suraxanı” gəmi-muzeyinə səfərlər təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
39
azertag.az

10Mənbələr