Avqustun 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 51,1 kiloqram olan narkotik vasitə və 1445 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 1300 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.