AZ

Polşa F-16 döyüş təyyarələrini modernləşdirir

Polşa Milli Müdafiə Nazirliyi mövcud 48 ədəd F-16 Block 52+ döyüş təyyarəsini inkişaf etmiş F-16 “Viper” konfiqurasiyasına (F-16V) yüksəltmək üçün ABŞ hökuməti ilə Təklif və Qəbul Məktubu (LOA) imzalayıb.

“Poliqon” Polşa Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, modernləşdirmə layihəsinin əsas podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

Bu modernləşmə Polşanın F-16 qırıcılarının imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, NATO-nun birgə müdafiəsi və regional təhlükəsizliyinin dəstəklənməsində təyyarələrin aktuallığını qoruyacaq.

Razılaşma həmçinin Polşa Hərbi Hava Qüvvələri üçün simulatorların modernləşdirilməsini də əhatə edir.

“Lockheed Martin” modernləşdirmə işlərinin Polşada həyata keçirilməsi üçün yerli “Wojskowe Zakłady Lotnicze No. 2” (WZL-2) şirkəti ilə əməkdaşlıq edəcək. Bu proses polşalı mütəxəssislərin və istehsal gücünün inkişafına töhfə verəcək və Polşa müdafiə sənayesinin tərəfdaşları ilə əməkdaşlığını daha da dərinləşdirəcək.

Seçilən
5
poliqon.az

1Mənbələr