AZ

"Mançester Yunayted" "Barselona"nın futbolçusu üçün 80 milyon avro təklif edib

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Fermin Lopes üçün 80 milyon avro təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" yarımmüdafiə xəttini daha da gücləndirmək niyyətindədir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fermin Lopesin klubla 2029-cu ilin yayınadək müqaviləsi var. O, 2024/2025 mövsümündə 46 matçda 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
3
ikisahil.az

5Mənbələr