İsrailin Baş naziri Benyamin Netanyahu müxtəlif qeyri-hökumət təşkilatlarını (QHT) HƏMAS-ın “qaralama və yalan yayma kampaniyasını” qızışdırmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, Netanyahu amerikalı aparıcı Mark Levinin radio proqramına müsahibəsində bu barədə danışıb.
İsrailin Baş nazirinin sözlərinə görə, bu kampaniyanın arxasında “Antifa” aksiyalarını təşkil edənlər və digər “çoxsaylı anti-İsrail, həmçinin anti-Amerika etirazlarının iştirakçıları” dayanır. Onun sözlərinə görə, bu prosesdə Qətər, İran, “Soros Fondu” və dünyanın digər qüvvələri də rol oynayır.
Netanyahu vurğulayıb ki, İsrail ilk gündən əks siyasət yürüdərək Qəzzaya ərzaq və tibbi yardım göndərib:
“Əgər məqsədimiz soyqırımı olsaydı, biz Drezdendə olduğu kimi bombardmanlar həyata keçirə bilərdik. Ancaq biz müharibəni belə aparmırıq”.
Baş nazir danışıqların dalana dirənməsinə toxunaraq əsas məqsədinin bütün girovları azad etmək və eyni zamanda HƏMAS-ı məhv etmək olduğunu bildirib:
“Bu, həm Qəzza sakinlərinə, həm də israillilərə daha yaxşı gələcək təmin edəcək”.
O, həmçinin HƏMAS-ı ələ keçirilmiş humanitar yardımdan “öz sıralarını gücləndirmək və uşaqları döyüşlərdə iştirak etmək üçün oğurlamaq”da ittiham edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta