Kəlbəcərdə bədbəxt hadisə baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
Məlumata görə, Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü U. Verdiyev, kənd ərazisində ehtiyatsızlıqdan qayadan yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.