AZ

Salyanda dəhşətli cinayət: 37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdi

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki,hadisə rayonun Aşağı Kürkənd kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Həsən Əsədov qızı ilə bir sinifdə oxuyan, 9-cu sinif şagirdi S.D-yə təcavüz edib. Qeyd olunub ki, S.D-nin valideynləri rəsmi ayrılıb və həmin vaxt S.D ata nənəsinin yanında qalıb. Həmin ərəfədə Həsən S.D-nın anası Aysellə tanış olur. Aysel ona boşandığını, amma qızını himayəsinə götürə bilmədiyini deyir. Həsən isə ona söz verir ki, bu barədə ona kömək edəcək. Bu üsulla Həsən Aysellə sevgili olur. Daha sonra Həsən Ayselin 15 yaşlı qızı ilə münasibət qurmaq qərarına gəlir və o, öz qızından onu sinif yoldaşı S.D ilə tanış etməsini xahiş edir. Qızı da onunla razılaşır, sinif yoldaşı S.D-yə zəng edir. O, S.D-yə bildirir ki, guya Vüsal adlı sevgilisi var və onun dostu Əli adlı şəxs onunla tanış olmaq istəyir. Qız atasının nömrəsini Əli adı ilə S.D-yə verir və ona zəng vuracağını bildirir. Növbəti gün Həsən S.D-yə zəng vuraraq gözünü Əli kimi təqdim edir və ondan xoşu gəldiyini deyir. S.D onunla danışmaq istəmədiyini desə də, Həsən 15 yaşlı qızı yalan vədlərlə razı salır və onunla danışmağa başlayır. Bir müddət sonra Həsən qızı şantaj edərək onunla görüşməyi tələb edir. Çarəsiz qalan S.D Həsənlə razılaşır. O, qızının sinif yoldaşı ilə zorla cinsi əlaqədə olur. Bu cür münasibət bir müddət davam etdikdən sonra S.D-nin atası bir gün qızından şübhələnərək onun mobil telefonunu əlindən alır və baxır. O, telefona qız adı ilə yazılan Həsənin nömrəsinin kimə məxsus olduğunu soruşanda, S.D həmin şəxsin qız dostu olduğunu deyir. Atası ona telefon işlətməyi qadağan edir və S.D telefonsuz qalır. Hadisədən xəbərsiz olan Həsən S.D-yə mesaj yazır və bu mesajı S.D-nin atası oxuyur. Həmin gün S.D-nin atası özünü asaraq öldürür. Bundan sonra Aysel S.D-ni özü ilə Bakıya gətirir. Amma Həsən yenə də ondan əl çəkmir. Həsən Aysel və onun qızı S.D-ni narahat etməyə başlayır və S.D-nin qeyri-etik şəkil və videolarını sosial şəbəkədə paylaşır. Hadisə ilə bağlı Aysel polisə müraciət edəndə Həsən həmin video və şəkilləri silir, özü isə istintaqdan qaçıb gizlənir. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi operativ əməliyyat-istintaq tədbirləri ilə Həsənin yeri müəyyən edilir və o saxlanılaraq istintaqa təhvil verilir. Araşdırmalarla məlum olur ki, Həsən S.D-yə təcavüz edib, şəkilləri ilə şantaj edərək onunla dəfələrlə cinsi əlaqədə olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əsədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
12
12
Ajans.az

10Mənbələr