AZ

“Roma” Ceydon Sançoya “elçi” düşüb

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in vingeri Ceydon Sanço karyerasını "Roma"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X social şəbəkə hesabında məlumat yayıb.

"Roma" "transfer pəncərəsi" bağlanana qədər iki cinah oyunçusu – Sanço və "Aston Villa"dan Leon Beyli almağı planlaşdırır.

"Mançester Siti" cinah oyunçusu Klaudio Eçeverrini satmaqdan imtina etdikdən sonra bu oyunçular romalıların əsas transfer hədəfi olub.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Yuventus"un Sanço ilə ciddi maraqlandığını və artıq şəxsi müqavilə ilə bağlı razılığa gəldiyi barədə xəbərlər yayılmışdı. Futbolçunun özü bu yay klubunu dəyişmək üçün bütün variantları nəzərdən keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
sport24.az

1Mənbələr