AZ

Səhərlər ayıla bilmirsiniz? - Bu üsulları sınayın 

Səhər enerjinizi qaldırmaq üçün mütləq qəhvə içməyə ehtiyac yoxdur.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, psixoterapevt İrina Kraskina bildirib ki, sadə vərdişlər kofe əvəzi olaraq enerjinizi yüksəldə bilər.

Onun sözlərinə görə, ilk üsul soyuq duşdur. Normal duşdan sonra 30-60 saniyə soyuq suyun altına durmaq simpatik sinir sistemini aktivləşdirir, beyni oyadır və konsentrasiyanı artırır.

Həmçinin, psixoterapevt "4-7-8" nəfəs texnikasını tövsiyə edib: 4 saniyə nəfəs almaq, 7 saniyə saxlamaq, 8 saniyə vermək və bunu 4-5 dəfə təkrarlamaq. Bu üsul kortizol səviyyəsini azaldır, sinir sistemini sakitləşdirir və diqqəti toplamağa kömək edir.

Kraskina həmçinin 10 dəqiqəlik telefonsuz gəzintini məsləhət görüb. Bu zaman sadəcə ətrafı izləmək, ağaclara, səma və keçən insanlara baxmaq kifayətdir.

Seçilən
19
7
manset.az

8Mənbələr