AZ

Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... - Eks-nazir

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə keçirilməsi planlaşdırılan görüşdə ABŞ Prezidenti Donald Tramp artıq ona məqbul görünən, lakin Avropa ölkələri üçün qəbuledilməz olan güzəştlərə gedə bilməyəcək. Söhbət Avropa ölkələrinin liderlərinin Ukraynadakı müharibə və Avropa təhlükəsizliyi ilə bağlı öz ortaq mövqelərini bəyan etməsindən gedir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri Vladimir Oqızko bildirib.

“Bəlkə bir az standartdan kənar fikir söyləyəcəyəm. Amma mənə elə gəlir ki, srağa gün (Tramp, Zelenski və Avropa liderlərinin onlayn görüşü – red.) baş verən hadisə bu gün baş verəcəkdən qat-qat vacibdir. Mənim fikrimcə, olduqca mühüm hadisə baş verdi – Avropa ölkələrinin liderlərinin konsolidasiyası. Onlar çox aydın və dəqiq şəkildə, həm özlərinə, həm də Prezident Trampa bildirdilər ki, Avropa artıq bir gücdür və bu Avropa Trampın qəfil istədiyi və ya istəmədiyi şeylərə tabe olmayacaq,” – deyə Oqızko vurğulayıb.

Qeyd edək ki, bu gün Trampla Putin arasında Alyaskada görüş keçiriləcək.

Seçilən
3
2
axar.az

3Mənbələr