ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Ukrayna lideri Vladimir Zelenskinin Alyaska görüşünə dəvət olunmamasının səbəbini onun prezident kimi qeyri-legitimliyi ilə izah edənlər də var.Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində danışıb. O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında Zirvə görüşünün keçiriləcəyi Alyaskaya dəvət olunmamasının səbəbini bu cür açıqlayıb: “Bu, Ukrayna dövlət başçısının hakimiyyətinin qeyri-legitimliyinin etirafı deməkdir”.Ağ evdən Moskvanın bu yanaşmasına hələlik reaksiya verilməyib.E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.