AZ

ABŞ Rusiyanın ödəniş sistemlərinə və kriptovalyuta birjalarına qarşı sanksiyalar tətbiq edib 

ABŞ administrasiyası Rusiyanın A7 ödəniş sistemini, Grinex kriptovalyuta birjasını və bir sıra əlaqəli şirkətləri sanksiyalar siyahısına əlavə edib...

Poliqon xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib.

Məhdudiyyətlər ödəniş agenti A7 (PSB-nin iştirakı ilə yaradılmış), kriptovalyuta birjası Grinex (əvvəllər sanksiya edilmiş Garantex ilə əlaqəli), Exved və INDEFI Smartbank platformaları, Estoniyanın Garantex Europe hüquqi şəxsi və Qırğızıstanın Old Vector şirkətinə şamil edilir.

“Şirkətlər sanksiyalardan yayınmaq üçün sxemlərdən istifadə ediblər”, -OFAC-ın bəyanatında deyilir.

Poliqon.info 

 

Seçilən
24
50
poliqon.info

10Mənbələr