AZ

Tanzaniyalı kişi 8 il sinəsində bıçaqla yaşadı

BAKI, 14 avqust. TELEQRAF

Tanzaniya sakini 8 il sinəsində bıçaqla yaşayıb.

Teleqraf xəbər verir ki, o, döş nahiyəsində irinli ifrazat şikayəti ilə xəstəxanaya müraciət edib.

8 il ərzində kişi nə sinə ağrısı, nə tənəffüs çətinliyi nə də hərarət hiss edib. Onun sağlamlığının normal olması həkimləri təəccübləndirib.

Əvvəlcə iltihabın səbəbləri aydın olmasa da, sonradan xəstə 8 il əvvəl baş vermiş dava zamanı çoxsaylı xəsarətlər aldığını deyib. Yalnız rentgen müayinəsindən sonra xəstənin döş qəfəsində bıçaq olduğu müəyyən edilib.

Həkimlərin sözlərinə görə, bıçağın tiyəsi möcüzəvi şəkildə ürək, ağciyərlər və böyük qan damarlarından yan keçib.

Cərrahlar mürəkkəb əməliyyat keçirərək metal tiyəni ehtiyatla çıxarıb və toxuma nekrozundan yaranan irini təmizləyiblər.

Xəstənin sonrakı bərpa prosesi fəsadsız keçib. Həkimlər qeyd ediblər ki, belə hallar nadirən olur. Onlar bunu "insan orqanizminin heyrətamiz dözümlülüyünün nümunəsi" adlandırıblar.

Seçilən
7
teleqraf.com

1Mənbələr