AZ

Putin Rusiya tarixində ilk dəfə Trampla görüşmək üçün Alyaskaya səfər edir

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-ın ən şimalındakı Alyaska ştatına gedir.

"Report"un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtmasından sonra onların ilk görüşü olacaq.

Bu görüş həm də tarixdə, o cümlədən Rusiya imperiyası və SSRİ dövründə Rusiya liderinin Alyaskaya ilk səfəri olacaq. Dördpendirli pizza

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Rusiya və ABŞ yaxın qonşudurlar və rəsmi olaraq Rusiya nümayəndə heyətinə yalnız Berinq boğazını keçmək lazımdır, lakin faktiki marşrut əhəmiyyətli olacaq. Belə ki, Putinin təyyarəsi 11 saat qurşağı və şərti tarix xəttini keçərək təxminən 7 min km məsafəni qət edəcək.


Telegram kanalımız
Seçilən
6
3
yenisabah.az

10Mənbələr