AZ

Tramp: Latın Amerikası ölkələrinin Çinlə yaxınlaşması məni narahat etmir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Latın Amerikası ölkələrinin Çinlə yaxınlaşması onu narahat etmir.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun fikrincə, “bu ölkələrin işləri o qədər də yaxşı getmir”.

Eyni zamanda Tramp Braziliyanı ABŞ üçün “dəhşətli ticarət tərəfdaşı” adlandırıb.

“İndi biz onlardan 50% rüsum alırıq və onlar bundan məmnun deyillər”, – deyə ABŞ Prezidenti əlavə edib.

Seçilən
42
33
apa.az

10Mənbələr