AZ

Puşkaş mükafatının müəllifi futboll vidalaşıb VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Argentinalı futbolçu Erik Lamela karyerasına yekun vurub.

İdman.biz xəbər verir ki, o, 33 yaşında bu addımı atıb.

Lamela "River Pleyt", "Roma", "Tottenhem", "Sevilya" və AEK klublarının formasını geyinib. Son mövsümü Yunanıstan klubunda keçirən Erik 31 oyunda 6 qol vurub, 3 ötürmə verib.

Argentinalı bundan sonra 2021-2024-cü illərdə formasını geyindiyi "Sevilya"nın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, o, Argentina yığmasında keçirdiyi 25 oyunda iki qolla yadda qalıb. Lamelanın 2021-ci ildə "Arsenal"ın qapısında vurduğu qol ilin ən yaxşı qolu mükafatı - Puşkaş mükafatına layiq görülüb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
icma.az

2Mənbələr