AZ

Husilər Təl-Əviv hava limanına raket hücumu haqda açıqlama yayıblar

Husilər Təl-Əviv hava limanına raket hücumu haqda açıqlama yayıblar

Yəməndəki husilər İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına yeni hücum həyata keçirdiklərini açıqlayıblar.

AFN.az xəbər verir ki, bu barədə məlumat üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında paylaşılıb.

Bildirilib ki, hücum hipersəs ballistik raket vasitəsilə icra edilib. Üsyançılar əməliyyatın məqsədinə çatdığını və hava limanının fəaliyyətinin dayandırıldığını iddia ediblər.

Bəyanatda qeyd olunur ki, "Ənsar Allah" hərəkatı (Husilər) Qəzza zolağındakı hadisələri izləyir və İsrailin bölgəni işğal etməsinə icazə verməyəcək. Onlar Fələstin xalqına dəstəklərini İsrailin “təcavüzünü” dayandırana qədər davam etdirəcəklərini vurğulayıblar.

Seçilən
5
afn.az

1Mənbələr