AZ

Daxili siyasi parçalanma yaşayan İranda ictimai ayaqlanma üçün Netanyahunun çağırışı yetərli deyil

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağıraraq bildirib: “Bizim qurucu atamız Teodor Hertslın yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”. İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran azad olduqda, mütəxəssislərimiz ölkənizin hər bir şəhərinə suyun təkrar emalı texnologiyaları gətirəcək. Küçələrə çıxın. Dəyişiklik tələb edin. Buna dəyər! İran iranlılar üçündür!”

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün İran cəmiyyətində bir parçalanma olduğu hiss edilməkdədir, xüsusilə 12 günlük İran-İsrail müharibəsində bu proses daha aydın göründü, hətta İran tərəfinin özü İsrailə işləyən casus şəbəkəsinin olduğu ilə bağlı məlumatlar paylaşmaqda idi.

Samir Hümbətov

“Məsələ burasındadır ki, İranda rejimə qarşı üsyan edən İranda rejimin əleyhinə olan qüvvələr var. Hətta sadə insanlar belə var ki, onlar rejimin olmasını istəmirlər. Təbii ki, rejimin olmasını istəyənlər də var. Bir də qərarsız qalan tərəf var. Yəni ki, rejim qalacaqmı-qalmayacaqmı buna uyğun adekvat addım atmaq istəyən qüvvələr də var. Amma hər vəziyyətdə İranda ciddi bir problem var. Kommunal, sosial problemlərin artması və s. Faktiki olaraq mövcud indiki demokratik rejim həll edə bilmir. Həm də ölkə daxilində, idarəetmə sistemində bir parçalanma var”-deyən politoloq qeyd edib ki, biz bunu Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış anlaşma zamanı, eləcə də ondan sonrakı Zəngəzur dəhlizinin açılması istiqamətində mövqelərin ortaya qoyulması kimi məsələlərdə gördük.

Samir Hümbətovun fikrincə, əsas məsələ odur ki, İran daxilində bir parçalanma hiss edilməkdədir.

“Görünür ki, Netanyahu bunu nəzərə alaraq bildirir və həm də İranı əhatə edən problemləri nəzərə alıb deyir. Amma hər vəziyyətdə təbii ki, İran xalqının sırf Netanyahunun fikri ilə hərəkət edəcəyini düşünmürəm. Bunu etmək üçün, orada nəticə verməsi üçün gərək çox ciddi bir dəstək olsun. Çox ciddi bir istək olmalıdır ki, bu məsələlər reallaşsın. İran daxilində, cəmiyyətdə buna maraq tam olmalıdır. Həm də ki, xaricdən çox ciddi dəstək verilməlidir. Amma hələ ki, o imkan yoxdur”-deyə politoloq bildirib.

Samir Hümbətov qeyd edib ki, həm də rejimə qarşı qorxu hissi də var, çünki rejim hər hansı bir "artıq" hərəkətə görə edam cəzasına qədər gedir, bu səbəbdən də bəzi insanların gözündə qorxu da var.

Samir Hümbətov hesab edir ki, hər bir halda son həddə çatanda rejimin yıxılması üçün insanlar ayaqlana bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
bizimyol.info

10Mənbələr