AZ

“Araz Naxçıvan” iki oyunda doqquz qol buraxaraq avrokubokla vidalaşıb

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Araz-Naxçıvan" komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

AZXEBER.COM xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə "Omoniya" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqləniblər.

Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan" turnirdə mübarizəni dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
9
azxeber.com

10Mənbələr