AZ

“Araz Naxçıvan” da mübarizəni dayandırdı

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Araz-Naxçıvan” da mərhələnin cavab matçına çıxıb.

Elmar Baxşıyevin komandası Kiprdə “Omoniya”nın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıda keçirilən ilk görüşdə isə “Araz-Naxçıvan” rəqibinə 4 cavabsız qolla uduzmuşdu.

Beləliklə, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasındakı çıxışını dayandırıb. 

14 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

21:00.“Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan) – 5:0 

Qollar: V.Semedo, 9; S. Jovetiç, 22; Evandro, 30, 45+4; Musialovski, 79

İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu

Seçilən
12
3
idmanxeber.az

2Mənbələr