AZ

Birinci Liqa klublarının AFFA-dan gözlədiyi VACİB XƏBƏR

Birinci Liqa təmsilçiləri daha çox yerli bazarda aktivlik göstərir.

Əcnəbilərlə bağlı susqunluq isə səbəbsiz deyil.

Belə ki, klublar hələ də ümid edir ki, AFFA yeni mövsüm üçün aşağı liqada legioner limitində dəyişiklik edər.

Hazırda Birinci Liqada format 8+3 şəklindədir. Eyni anda yalnız 3 gəlmə meydanda ola bilər.

Klublar isə sayın ən azı 5 qaldırılmasını istəyir.

Xatırladaq ki, Birinci Liqada mövsüm sentyabr ayında start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
2
sportinfo.az

1Mənbələr