AZ

Suriyada meşə yanğını Türkiyəyə də keçib

Suriyada

Suriyanın Kesep bölgəsində baş verən meşə yanğını Hatay vilayətinin Yayladağı rayonuna da keçib.

Xalqcebhesi.az xəbər verir ki, yanğın saat 15:30 radələrində Türkiyə-Suriya sərhədinin sıfır nöqtəsində yerləşən Latakiya vilayətinin Kesep bölgəsində meşəlik ərazidə baş verib.

Yayladağı Sərhəd Qapısına yaxın ərazidə başlayan yanğın Hatayın Yayladağı rayonunda yaşayan vətəndaşları narahat edərkən, alov küləyin təsiri ilə yayılaraq Türkiyəyə də keçib.

Ekipajlar şəhərin mərkəzindən görünən alovlara müdaxilə edir.

Məryəm Quliyeva

Seçilən
11
50
xalqcebhesi.az

10Mənbələr