AZ

Lizinq yolu ilə traktor aldılar, 45 saatdan sonra tüstüləməyə başladı...VİDEO

Traktor aldılar istifadə etmədən xarab oldu...

Xezerxeber.az xəbər verir ki, İsmayıllı rayonunda iki sahibkar, kənd təsərrüfatı mövsümündə istifadə etmək üçün lizinq yolu ilə iki ədəd traktor alıb. Lakin gətirildikdən təxminən 15-23 gün sonra, cəmi 30 saat işləyən  traktorların müxtəlif hissələrində nasazlıq yaranıb.

Bundan sonra müsahibimiz yenidən zavoda müraciət edib. Zavod əməkdaşları bildirib ki, nasos yanacağı normadan artıq verir və bu səbəbdən tüstü yaranır. Nizamlanmadan sonra nasos geri quraşdırılsa da, problem yenə də təkrar olub. Digər ciddi nasazlıq isə təkərlərlə bağlıdır. Şum işləri zamanı təkərlərin səthi qoparaq tökülməyə başlayıb.

Problem yarandıqdan sonra sahibkarlar Gəncə Traktor Zavoduna müraciət ediblər. Zavoddan göndərilən mütəxəssislər texnikanın yağını dəyişib, lakin bu xidmətin pulunu da sahibkarların özləri ödəyib. İki gün sonra isə eyni nasazlıq yenidən təkrarlanıb.

Gəncə Traktor Zavodunun zona üzrə texniki servis xidməti isə bildirir ki, məsələdən xəbərdardırlar və rəsmi cavabı yalnız vətəndaşların özlərinə iki həftə ərzində təqdim edəcəklər. Hazırda sahibkarlar nasaz texnikanın təmiri və ya dəyişdirilməsi ilə bağlı rəsmi cavabı gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
50
xezerxeber.az

10Mənbələr