AZ

İraqda 50 iranlı zəvvar saxlanılıb - İsrail əleyhinə şüarlar səsləndiriblər

İraq polisi Ərbəin mərasimi ilə əlaqədar Kərbəla şəhərinə səfər edən 50 nəfər iranlı zəvvarı saxlayıb.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, zəvvarların saxlanılmasına İsrail əleyhinə şüarlar səsləndirmələri səbəb olub.

Dindirilmə prosesindən və yazılı iltizam alınmasından sonra zəvvarlar sərbəst buraxılıblar.

 

Seçilən
68
3
7news.az

3Mənbələr